Şəmkirdə avtomobillə vurulan piyada öldü

semkirde-avtomobille-vurulan-piyada-oldu
Oxunma sayı: 1036

Şəmkir rayonunda avtomobillə vurulan piyada xəstəxanada ölüb.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, iyulun 19-da Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində “VAZ 2106” markalı avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Maliki Elxan bu gün xəstəxanada ölüb.
 
Ağır bədən xəsarətləri alan E. Malikiyə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.