Şəmkirdə çay evi yandı

semkirde-cay-evi-yandi
Oxunma sayı: 691

Şəmkirdə yanğın olub. "Qafqazinfo"nun FHN-nin saytına istinadən məlumatına görə, yanğın rayonun Qaracəmirli kəndində ümumi sahəsi 464 m² olan çay evində baş verib.

Nəticədə evin çardağının yanar konstruksiyaları 300 m² sahədə yanıb. Binanın qalan hissəsi və yaxınlıqdakı mağaza yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.