Şəmkirdə dəhşətli qəza- 3 ölü, 4 yaralı

semkirde-dehsetli-qeza-3-olu-4-yarali
Oxunma sayı: 647

“Qafqazinfo” xəbər verir ki, Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Şəmkir-Gədəbət yolunun Yasamal aşırımının Çənlibel kəndi ərazisində baş verib. "VAZ 21011" markalı avtomobillə "VAZ 2107" markalı maşın toqquşub. Qəza nəticəsində 3 nəfər dünyasını dəyişib, 4 nəfər isə ağır bədən xəsarətləri alıb.
Yaralılar Şəmkir rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.