Şəmkirdə ev yandı

semkirde-ev-yandi
Oxunma sayı: 895

Şəmkirdə yanğın baş verib.

“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi məlumata əsasən, Düyərli kəndində ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 m2 sahədə və çardağına yığılmış taxta tullantıları 10 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.