Şəmkirdə heç-heçələr sıralandı - Yenilənib

semkirde-hec-heceler-siralandi
Oxunma sayı: 1526

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirində növbəti tura start verilib.

“Qafqazinfo” ShamkirChess2018-in mətbuat xidmətinə istinadən xəbər verir ki, II turda Maqnus Karlsen (Norveç)-David Navara (Çexiya) görüşündə ilk gedişi Vüqar Həşimovun bacısı oğlu Xanlar Allahverdiyev edib.

***

Şəmkirdə keçirilən Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Shamkir Chess 2018 turnirində II turun görüşlərindən dördü başa çatıb.

İlk turda olduğu kimi, görüşlərdə yenə qaliblər müəyyənləşməyib.

II tur

Teymur Rəcəbov – Rauf Məmmədov 0,5:0,5

Radoslav Voytaşek (Polşa) – Şəhriyar Məmmədyarov 0,5:0,5

Maqnus Karlsen (Norveç) – David Navara (Çexiya) 0,5:0,5

Sergey Karyakin (Rusiya) – Dinq Liren (Çin) 0,5:0,5

Veselin Topalov (Bolqarıstan) – Aniş Qiri (Niderland) davam edir.