Şəmkirdə piyadanı maşın vurub

semkirde-piyadani-masin-vurub
Oxunma sayı: 662

Şəmkirdə piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo"nun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 414-cü kilometrliyində, Şəmkir rayonu Sabirkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" piyadanı vurub. Ağır bədən xəsarəti alan piyada xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkirdə avtomobillə vurulan piyadanın kimliyi məlum olub. 1982-ci il təvəllüdlü Xəlilov Azalxan idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən, rayonun Sabirkənd kənd sakini 1942-ci il təvəllüdlü Hacıyev Çingiz Talıb oğlunu vurub. Ağır bədən xəsarəti alan piyada Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, maşın iki piyadanı vursa da, onlardan biri yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli