Şəmkirdə polislərin olduğu maşın aşdı - Ölən və yaralananlar var + Yenilənib

semkirde-polislerin-oldugu-masin-asdi
Oxunma sayı: 3633

Şəmkirin Kür qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, qəsəbə ilə hərəkət edən "VAZ-21021" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə bir nəfər hadisə yerində ölüb, 4 nəfər yaralanıb. Yaralııar - Mirzəyev Fərman Kənan oğlu, Qasımov Orxan İntiqam oğlu, Yusibov Telman və Quluyev Rauf ağır xəstəxanaya yerləşdirilib.

Məlumata görə, avtomobilin sürücü və sərnişinləri polis və polisə ictimai dəstək verən şəxslər olublar.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkirdəki ağır yol qəzasında xəsarət alanlardan birinin adı məlum olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı, Kür qəsəbə sakini 1990-cı il təvəllüdlü Fərman Mirzəyevdir.