Şəmkirdə qadın kişini qətlə yetirdi

semkirde-qadin-kisini-qetle-yetirdi
Oxunma sayı: 640

Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun ərazisində Mahmudlu kənd sakini Elmar Xudiyevin meyiti ona məxsus “QAZel” markalı avtomaşında tapılıb. Müəyyən edilib ki, E.Xudiyev bıçaqla qətlə yetirilib.

Hadisəni münaqişə zəminində törətmiş Yeniabad kənd sakini Sədaqət Qafarova Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.