Şəmkirdə qəzada iki nəfər ölüb

Şəmkirdə qəzada iki nəfər ölüb
Oxunma sayı: 20

Dünən axşam saatlarında Şəmkir şəhərində 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyində istinadən verdiyi xəbərə görə, iyulun 16-da saat 22 radələrində Şəmkir şəhəri ərazisində Şiştəpə kənd sakini Bəhlul Nağıyevin idarə etdiyi "VAZ-2107" və Gəncə şəhər sakini Şahrux İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. 

Nəticədə B.Nağıyev və sərnişinlərindən həmkəndlisi Arifə Rüstəmova hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib. 

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi