Şəmkirdə qonşu qonşunu baltaladı

semkirde-qonsu-qonsunu-baltaladi
Oxunma sayı: 1255

Şəmkir rayon sakini qonşusuna balta ilə xəsarət yetirib. 

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun  Kür qəsəbəsinin Qasım İsmayılov kəndində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Əmiraslanov Bilal Tapdıq oğlu kəllə-beyin travması və kəllə sümüklərinin sınığı xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
İlkin məlumata əsasən, B.Əmiraslanov mübahisə zəminində qonşusu tərəfindən baş nahiyəsindən balta zərbəsi alıb.
 
Faktla bağlı araşdırma aparılır.