Şəmkirdə “VAZ” dərəyə aşdı, sürücü yaralandı

semkirde-vaz-dereye-asdi-surucu-yaralandi
Oxunma sayı: 641

Şəmkir rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun "Report"a istinadən məlumatına görə, hadisə günorta saatlarında Şəmkir-Gədəbəy yolunda qeydə alınıb.

Şəmkir rayon sakini, 1984-cü il təvəllüdlü, Bayramov Sərxan Nüsrət oğlunun idarə etdiyi "VAZ-2102" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı uçurumdan dərəyə yuvarlanıb.

Ağır bədən xəsarətləri alan sürücü Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən əməliyyat olunan yaralının vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.