Şəmkirdə “VAZ” qəza törətdi - 2 yaralı

semkirde-vaz-qeza-toretdi
Oxunma sayı: 693

Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Sabirkənd kəndindən keçən hissəsində “VAZ 2106” markalı avtomobilin maneəyə çırpılması nəticəsində 2 nəfər xəsarət alıb.  

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, xəsarət alanlar sürücü, 1948-ci il təvəllüdlü Şəmkir rayonu, Zəyəm qəsəbəsinin sakini Həşimov Əli Həsən oğlu, sərnişin- eyni qəsəbənin sakini, 1941-ci il təvəllüdlü Kamranlı Əli Teymur  oğludur. 
 
Müxtəlif bədən xəsarətləri alan yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Qəza zamanı avtomobildə daha bir sərnişin olub, onun xəsarət almadığı deyilir.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.