Şəmkirdə yanğını törədən ata saxlanıldı

semkirde-yangini-toreden-ata-saxlanildi
Oxunma sayı: 1511

Şəmkirin Sarıtəpə kəndində qayınanasının evini yandıran və bununla da 2 yaşlı uşağının ölümünə, eks-arvadıyla qayınanasının yaralanmasına səbəb olan Sadıqov Elmar Sultan oğlu polis tərəfindən saxlanılıb.

"Qafqazinfo" xəbər verir ki, rayonun Dəllər Cəyir kənd sakini olan 1986-cı il təvəllüdlü Sadıqov Elmar törətdiyi əməli etiraf edib.

Qeyd edək ki, Sadıqov Elmar həyat yoldaşı Məsimova Mətanətdən 3 ay əvvəl boşanıb. Bundan sonra qadın anasının evində yaşayıb. Gecə saat 3 radələrində isə Elmar keçmiş qayınanası Məmmədova Səltənətin evinə gələrək oranı yandırıb. Hadisə nəticəsində 2 yaşlı Məmmədov Nicat Elmar oğlu ölüb. Qadınlar isə yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Elmar Əli