Şəmkirdə yeniyetmə velosipeddən yıxıldı, durumu ağırdır

semkirde-yeniyetme-velosipedden-yixildi-durumu-agirdir
Oxunma sayı: 880

Şəmkirdə 16 yaşlı yeniyetmə velosipeddən yıxılaraq ağır xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Yeni həyat kəndi ərazisində baş verib. Kənd sakini, 2003-cü il təvəllüdlü Qasımov Nizami Malik oğlu velosipedlə hərəkətdə olarkən uçuruma düşüb. Ağır bədən xəsarətləri alan yeniyetmə xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.

Elmar Əli