Səmra 3-cü dəfə “Jara”da...

semra-3-cu-defe-jarada
Oxunma sayı: 1594

25-28 iyul tarixlərində Bakıda keçiriləcək “Jara-2019” Beynəlxalq Musiqi Festivalında Azərbaycanı “Eurovision”da təmsil edən müğənni Səmra Rəhimli də çıxış edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə layihənin İnstaqram səhifəsində qeyd olunub. Sənətçi səhnəyə 28 iyul tarixində çıxacaq. Bu, onun beynəlxalq festivalda üçüncü çıxışı olacaq.

Xatırladaq ki, festivalın digər azərbaycanlı ulduz qonaqları Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Əməkdar artist Miri Yusif, müğənnilər Nigar Camal, İlqar Xəyal, Çingiz Mustafayev və Aiseldir.