Şəmsəddin Hacıyevə görə universitetdən Baş Prokurorluğa - Şikayət

Şəmsəddin Hacıyevə görə universitetdən Baş Prokurorluğa
Oxunma sayı: 4570

Hesablama Palatasının növbəti Kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair aparılmış auditin nəticələri üzrə Hesabat müzakirə olunub.
 
 "Qafqazinfo" quruma istinadən xəbər verir ki, Hesablama Palatasının Kollegiyası  Azərbaycan  Dövlət  İqtisad Universiteti  tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.
 
Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
 
İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilib.
 
Xatırladaq ki, həmin illərdə İqtisad Universitetinə deputat Şəmsəddin Hacıyev rektorluq edib.

***

“Qafqazinfo” məsələ ilə bağlı deputat Şəmsəddin Hacıyevlə əlaqə saxlayıb. Köməkçisi telefona cavab verərək bildirib ki, Ş. Hacıyev hazırda yoxdur, o birisi gün işdə olacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi