“Sən kişisən, özünü arvada niyə oxşadırsan?”- - Video

sen-kisisen-ozunu-arvada-niye-oxsadirsan-
Oxunma sayı: 2401


“Efirə baxa bilmirəm, bəzi kişi müğənnilər qadın həmkarlarının yolu ilə gedirlər. Gülünc, iyrənc görünürlər. Sən ailə başçısısan, övladın var, özünü arvad müğənniyə niyə oxşadırsan? Get özünü tap, tapa bilmirsənsə, camaatın ürəyini bulandırma.  Kişidir, yerişini, danışığını dəyişir, biabırçılıqdır. Bir evdə qonaq idim, qadından soruşdum ki,  yoldaşın haradadır? Dedi ki, cavan gəlin gəlmişəm, heç vaxt yoldaşımdan harada olduğunu soruşmamışam, gözüm yolda qala-qaıla qocaldım.. Bu söz məni tutdu və yeni şeir yazdım.

“Yazığım gəlir o adamlara ki, sevdiyi adama ərə gedə bilmirlər.

Acıyıram o kəslərə ki, istədiyi ilə evlənə bilmirlər, 

Yazıqlar olsun, olsun yazıqlar  sevib evlənənlərə ki,  xoşbəxt ola bilmirlər

Bəzən qorxurlar, çəkinirlər xoşbəxtlikdən 

doya-doya xoşbəxtliyin işığından gözləri də kordur hərdən,

dörd tərəfi tordur, qızıl balıqlara qərq olmuş suyun içində, amma zordur

O xoşbəxtlik onların üzündə olur, sözündə olur, dözümündə olur, içində olmur

Hər qaranlıq gecənin işıqlı sabahı, vur başımızdan, alnımıza yazımızdan vur. 

Neyləyək dözməyək? Alnımıza dağ çəkək? 

Tanrıdan soruşaq gedək, sevgimizi bu qədərmi əzək?

Onda niyə yaratdın qalmışdıq ki, yanında, 

Çox ağırdır, bəzən olur daşımağa gücümüzdə çatmayır

Məndə axı sevgidir, bilirsən ki, sevgi yüküdür ancaq

daşıyıram, qaşıyıram, dırnağımla çıxardıram

Bir azca da o birisindən olsaydı, tərəzidə bir-birinə çatsaydı, nəfəsimi dərərdim

Cırmaqlaya-çırmaqlaya çıxardığım sevgimi qazandığım hər tərəfə səpərdim.

Könül