“Sən mənim arzuladığım qadınsan” - Zaur

“Sən mənim arzuladığım qadınsan”
Oxunma sayı: 5060

“Həyatımın anlamı, indi səninlə üz-üzə oturmuşam. Hələ nə yazdığımı da bilmirsən. Çox qəribədir ki, mən yazıram və əyləşdiyimiz kafedə ayrılıq mahnısı səslənir. Həyatımda hər şeyi düşünə bilərəm, amma ayrılığı heç bir zaman”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri məşhur aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə yazıb. ATV-nin siması rəsmi instaqram səhifəsində həyat yoldaşı Günay Baxşəliyevanın doğum günün təbrik edib:

"Bilmirəm ki, yollarımız niyə kəsişdi? Sən mənim, mən də sənin yanındayam, qismət. Məni bu qədər anlayıb, içdən başa düşə biləcək ikinci bir adamın olmasını ağlıma belə gətirə bilmirəm. Bəlkə, səni çox incitmişəm, bilərəkdən və bilməyərəkdən qəlbinə dəymişəm. Amma içimdə həmişə səni hədsiz sevdiyimi hiss etmişəm.

Sənsiz çox az yerdə olmuşam. Amma hər getdiyim yerdə boşluq hiss etmişəm, “kaş sən də burda olardın” demişəm. Sənə bilmirəm nə hədiyyə edim. Mənə etdiyin ən böyük hədiyyən qızımdır. Sən mənim arzuladığım qadınsan. Həyatımız hamar deyil, amma əsas odur ki, nahamarlıqda biz rahat yeriyə bilirik”. 

Xatırladaq ki, cütlük 2012-ci ildə ailə həyatı qurub. Onların 2013-cü ildə Dilavər adlı qızları dünyaya gəlib









Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi