Sən tarixi təhrif etmisən, Əkrəm Əylisli !

sen-tarixi-tehrif-etmisen-ekrem-eylisli-
Oxunma sayı: 645

Amma adam əsil erməni tərsliyi ilə boynuna alamaq istəmir ki, onu necə cümlə qurmağına, hansı sözlərdən istifadə etməsinə, hansı fikri qələmə almasına görə - yəni Ədəbiyyat fəaliyyətinə görə yox, Tarixi təhrif etdiyinə görə suçlayır camaat.

Tarixi yalan yazdığına görə!

Sən yalan yazmısan, Əkrəm Əylisli. Sən Tarixdə, özü də gözümüzün qabağında olan Tarixdə gördüyümüz, yaşadığımız acı həqiqətləri təhrif edib astar üzünə çevirmisən. Sən hadisələri birtərəfli, daha doğrusu ermənitərəfli yazmısan.

Sən obyektiv olmamısan. Humanistcəsinə yox, kin, nifrət, hikkə püskürərək yazmısan. Buna isə Ədəbiyyat adamının, Yazıçının haqqı, hüququ, ixtiyarı yoxdur.

Bu yol – “erməni xəstəliyinə” tutulanların yoludur. Raffinin, Vardges Petrosyanın, Silva Kaputikyanın, Zori Balayanın yoludur...
Anlamırsanmı?!