Senat 700 milyardlıq hərbi büdcəni təsdiqlədi

senat-700-milyardliq-herbi-budceni-tesdiqledi
Oxunma sayı: 1039

ABŞ Senatı 2018-ci maliyyə ili üçün müdafiə büdcəsi layihəsini 700 milyard dollar həcmində təsdiq edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, 640 milyard silah alınması, hərbçilərin əmək haqqlarının ödənilməsi və ordunun hərbi hazırlığının saxlanılmasına sərf olunacaq. Daha 60 milyard isə Suriya, İraq, Əfqanıstan və digər ölkələrdə əməliyyatların aparılması üçün ayrılıb.    

Daha əvvəl Pentaqon 668 milyard dollar həcmində büdcə üçün müraciət etmişdi.