Senat NASA-nın yeni direktorunu təsdiqləyib

senat-nasa-nin-yeni-direktorunu-tesdiqleyib
Oxunma sayı: 959

ABŞ Senatı prezident Donald Tramp tərəfində namizədliyi irəli sürülən Ceyms Braydenstaynı ölkənin Aeronavtika və Kosmik Məkanın Tədqiqi Milli İdarəsinin (NASA) direktoru vəzifəsinə təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata əsasən, demokratların qarşı çıxmasına baxmayaraq, Ceyms lazımi səs çoxluğunu toplaya bilib.

Beləliklə, 42 yaşlı Braydenstayn 2009-2017-ci illər ərzində NASA-nın başçısı olan Çarlz Boldenin xələfi olub.