Senat sədri Milli Məclisin 100 illiyinə görə Bakıya gəlir

senat-sedri-milli-meclisin-100-illiyine-gore-bakiya-gelir
Oxunma sayı: 2410

Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncari Azərbaycana səfər edəcək.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, o, sentyabrın 21-də Milli Məclisin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Dörd gün davam edəcək rəsmi səfərdə M.S.Səncari ilə yanaşı Pakistan Senatının daha 3 üzvü iştirak edəcək. Səfər zamanı Senat sədri Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşəcək.

Qeyd edək ki, tədbirə 150 ölkədən nümayəndə heyətləri qatılacaq.