Senat Trampın fövqəladə vəziyyətlə bağlı fərmanını ləğv etdi

Senat Trampın fövqəladə vəziyyətlə bağlı fərmanını ləğv etdi
Oxunma sayı: 301

ABŞ senatı prezident Donald Trampın Meksika ilə sərhəddə fövqəladə vəziyyət rejimi haqda fərmanını ləğv edən qətnaməni qəbul edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, keçirilən səsvermə zamanı 100 senatordan 59-u fərmanın ləğvinin lehinə, 41 nəfər isə əleyhinə olub. Qətnamənin qəbulu senatda 52 səsə sahib olan respublikaçıların dəstəyindən sonra mümkün olub.

Hazırda sənəd baxılması üçün yenidən Trampa təqdim olunacaq. O, daha əvvəl belə bir qətnamə qəbul olunarsa, ona veto qoyacağını açıqlamışdı.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi