Sənaye bank daha bir layihə həyata keçirdi

senaye-bank-daha-bir-layihe-heyata-kecirdi
Oxunma sayı: 632

“Qafqazinfo”nun məlumatına görə, layihə “Sidus Qrup” təlim və məsləhət şirkəti ilə birlikdə həyata keçirilir. Əsas məqsəd qadınlara sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması üçün idarə etdikləri kommersiya müəssisələrinə dəstəyin göstərilməsi və genişləndirilməsindən ibarətdir.

Layihənin əsas hədəf qrupları regionlarda məskunlaşmış, bizneslə məşğul olan sahibkar qadınlar və ya biznes fəaliyyətinə başlamaq arzusunda olanlar, tələbələr, müəllimlər, valideyinlər, icma liderləridir. Texniki dəstək və biznesin inkişafı xidmətləri, qadınlar üçün biznesə başlamaq məqsədilə mikro-kreditlərin əldə edilməsi üzrə seminarların təşkili və ictimai məlumatın təqdim olunması məqsədilə qadın liderlərin qeydiyyat bazasının yaradılması kimi fəaliyyətlərin nəzərdə tutulduğu layihə, vətəndaş cəmiyyəti və özəl sektorun əməkdaşlığına bariz nümunədir.

“Öz biznesinə necə başlamalı?” və “Yeni başlayanlar üçün biznesin idarə olunması sertifikatlaşdırılmış proqram” seminarlarından bizneslərini inkişaf etmək istəyən qadınlar bəhrələnəcək. Layihənin məqsədi və əldə ediləcək nailiyyətlər ictimaiyyətə çatdırılacaq.

Qadınların Kütləvi İnformasiya Vasitələrinə (KİV) çıxışı onların müsahibələri ilə müşaiyət olunacaq. Layihə, onun icraçıları və donorlar haqda məlumat, eləcə də fəaliyyətlər və nəticələr barədə yeniləşən materiallar yerləşdiriləcək, internet səhifəsi isə dinamikliyi ilə seçiləcək.

Layihənin qarşıya qoyduğu məqsədlərdən biri də Regionların Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramı və bu sahədə həyata keçirilən digər dövlət proqramlarının icrasına dəstək olmaqdan ibarətdir.

Fatimə Kərimli