Sənaye Bankın səyahət paketi hazırlanıb

senaye-bankin-seyahet-paketi-hazirlanib-
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, “Baku Card” Səyahət Paketinə Bakının tarixi yerlərini əhatə edən kitabça, xəritə və eyni zamanda ön ödəməli “Baku Card” daxildir. Paket içərisində milli valyutada olan ön ödəməli kart var. Kartlara həmçinin turistlər öz istəklərinə uyğun olaraq qabaqcadan müəyyən olunmuş satış və yükləmə məntəqələrində əlavə vəsaitlər daxil edə bilərlər. “Baku Card” Səyahət Paketinin əldə olunmasının faydaları aşağıdakılardır:

 Bakının tarixi, görməli yerləri barədə məlumat əldə etmək;
 Bakının xəritəsini əldə etmək;
 Nağd valyutanın vəsait və çeklərə nisbətdə daha sərfəli məzənnələrlə dəyişmək imkanı;
 100-ə yaxın müxtəlif satış və xidmət məntəqələrində 10% endirim əldə etmək;
 Təhlükəsiz və rahat ödəniş vasitəsi əldə etmək;
 Azərbaycan ərazisində və xaricdə ödəniş etmə imkanı;
 Səyahət xərclərini ayrılıqda aparmaqla, onlara nəzarət etmək.
“Baku Card” Səyahət Paketi ilə əlaqədar fikirlərini bildirən MasterCard Azərbaycan ölkə müdiri Hakan Acar "Xüsusilə önümüzdəki Eurovision dövründə Avropadan çox sayda ziyarətçi qəbul edəcək Bakının təqdimatına fayda gətirməklə yanaşı, istifadəçilərə bir çox fərqli üstünlüklər təqdim edəcək “Baku Card” Səyahət Paketi layihəsində iştirak etməkdən və MasterCardın beynəlxalq elmi təcrübə ilə inkişaf etmiş texnologiyalarını Azərbaycanla tanışdırmaqdan son dərəcə məmnunuq. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iş ortaqlarımız ASB Bank və Milli Kart ilə reallaşdırdığımız bu layihənin Azərbaycandakı ödəmə sistemlərinin inkişafına böyük töhfə verəcəyini düşünürük "dedi.

Layihəylə bağlı öz fikirlərini bildirən, Azərbaycan Sənaye Bankı İdarə Heyətinin Sədr müavini Cenk Bartın ASB Bank olaraq hər zaman ölkənin iqtisadi inkişafı və təqdimatı ilə əlaqədar layihələrdə iştirak etməyi özlərinə vəzifə saydıqlarını qeyd etdi. Bartın, Bakıda keçiriləcək 2012 Eurovision Mahnı Müsabiqəsi səbəbiylə hazırlanan “Baku Card” Səyahət Paketinin yalnız xarici ziyarətçilər üçün nəzərdə tutulmadığını habelə kart sahiblərinə üstünlüklər təqdim edən nağdsız ödəniş vasitəsi olması səbəbi ilə bütün Azərbaycan vətəndaşlarının istifadəsi üçün yararlı olduğunu qeyd etdi. Bu kart ilə Park Bulvar AVM başda olmaqla məşhur brendlərdən ibarət olan 100-ə yaxın müxtəlif satış və xidmət məntəqələrində endirim əldə edilə biləcəyini qeyd edən Bartın, layihənin Bakının tanıtımıyla yanaşı ölkədə nağsız əməliyyatların inkişafında da əhəmiyyətli rolunun olacağına inandığını qeyd etdi. Bartın, Baku Kartın gələcəkdə davamlı istifadə ediləcək bir xidmət halına gətirilməsi üçün Nazirliklə əməkdaşlığın bundan sonra da davam edəcəyini qeyd etdi.

Daha sonra söz MilliKartın direktoru Cəlal Orucova və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Mahir Qəhrəmanova verildi.

Həmçinin ASB Bank İdarə Heyəti adından A.Çetin Çelikel Nazirliyin məsul əməkdaşına ölkədə nağdsız əməliyyatların inkişafına dəstək olduğu üçün təşəkkür plaketi təqdim etdi.