“Sənə ağlamaq da yaraşır” - Günel Tatlısəsdən yazdı

“Sənə ağlamaq da yaraşır”
Oxunma sayı: 2801

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova onu 13 yaşında ikən kəşf edərək məşhurlaşdıran İbrahim Tatlısəsi İzmirdə yaşadığı evində ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, sosial mediada ziyarətdən foto paylaşan müğənni bunları qeyd edib:

“Həyatı mənə başa salan Atam... Yenidən həyatı başladan insan... Tək mənim deyil, hərkəsin səsi, hissləri və ürəyisən. Necə də darıxmışam...

Mahnıların sözü həsrəti ovutmağa kifayət etmədi. Keçmiş günlərimiz yad etdik. 12 yaşıma geri qayıtdım. Həyatımdakı ən böyük dəyərimsən. Böyük qardaşım, mənəvi atamsan. Sevirəm səni.

Sən hər zaman gül. Sənə ağlamaq da yaraşır”.

Xatırladaq ki, bir neçə ay öncə G.Zeynalova İ.Tatlısəsdən mahnı üstündə incidiyini bildirmişdi:

“İbrahim bəy atam kimidir. Amma ondan çox incimişəm. Çünki ondan bir mahnı istədim, vermədi. Əvvəlcə təklifimə “hə” demişdi. Bir müddət sonra köməkçisi ilə xəbər yolladı, oxumağıma icazə vermədi. Yıldız Tilbedən mahnı istədim. Məndən heç bir qəpik də pul istəmədi, bəstələrindən birini verdi”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi