“Sənə Avropa Şurası lazım deyilsə...” - Seyidovun çıxışına şərh

sene-avropa-surasi-lazim-deyilse
Oxunma sayı: 4383

Politoloq Elxan Şahinoğlu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun  Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında “Mən belə Avropa Şurasında olmaq istəmirəm”  fikrinə münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb. “Sənə Avropa Şurası lazım deyilsə, bu o demək deyil ki, Azərbaycana lazım deyil. Sən təksən, Azərbaycan isə daha böyükdür. Sənə lazım deyilsə, istefa ver qoy başqası ölkəmizi təmsil etsin. Əlbəttə, Avropa Şurasını tənqid etmək hamının haqqıdır, tənqid olunmalıdır da, ziddiyətli qətnamələri az deyil, Qarabağla bağlı qətnamələri yerinə yetirilmir və s. Ancaq bu o demək deyil ki, Azərbaycan qapını çırpıb getməlidir. Biz getsək Ermənistan orada qalacaq və bizim təmsil olunmadığımız təşkilatda Azərbaycan əleyhinə təbliğatını rahat aparacaq. Bumu bizə lazımdır? Avropa Şurasından çıxmaq Avropadan uzaqlaşmaq və istər-istəməz Rusiyaya yaxınlaşmaq deməkdir. Bu isə özümüzün elan etdiyimiz balanslaşdırılmış xarici siyasətimizə ziddir. Azərbaycanın AŞPA-ya üzv olması üçün mərhum prezident Heydər Əliyev az əziyyət çəkməyib. Bunu da “Avropa Şurası bizə lazım deyil” deyənlər unutmasınlar!”- deyə şərhçi qeyd edib.

 Günel Türksoy