Sənəd qəbulu bu gün yekunlaşır

Sənəd qəbulu bu gün yekunlaşır
Oxunma sayı: 736

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan edilmiş 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq üçün bakalavrların ərizə qəbulu fevralın 11-də başa çatır.

DİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda magistraturaya qəbul imtahanında iştirak etmək üçün 11074 (Azərbaycan bölməsi - 10053; rus bölməsi - 1021) bakalavr ərizəsini təsdiqlədib.

Bakalavrların ərizələrinin qəbulu fevralın 1-dən başlayıb və internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavrlar günün sonunadək elektron ərizələrini dolduraraq təsdiq edə bilərlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi