Sənəd qəbulu mayın 1-də başa çatır

sened-qebulu-mayin-1-de-basa-catir
Oxunma sayı: 677

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sənəd qəbulu may ayının 1-də başa çatır.

"Qafqazinfo"ya verilən məlumata görə, nazirliyin Müsabiqə Komissiyası bildirir ki, kadr korpusunun şəffaf üsullarla yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik yeni nəsil gənc mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə mart ayının 10-dan etibarən elan olunmuş növbəti müsabiqədə iştirakla bağlı 600-dən çox namizəd ərizə təqdim edib.

Komissiya tərəfindən ərizə qəbulunun may ayının 1-də başa çatdırılması və müsabiqədə iştirak edən hüquqşünaslar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Nazirliyin Ədliyyə Akademiyasında hazırlıq kursunun başlanılması qərara alınıb.

Xatırladılır ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak üçün namizədin Nazirliyə internet səhifəsindən (www.justice.gov.az) müvafiq elektron ərizə ünvanlaması kifayətdir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.