Seneqalda hərbi helikopter qəzası - 13 nəfər itkin düşüb

seneqalda-herbi-helikopter-qezasi
Oxunma sayı: 636

Seneqalda hərbi helikopter qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Senego” protalı məlumat yayıb.

Məlumat əsasən, Fatik əyalətinin Missira kəndi yaxınlığında baş verib. Qəza zamanı helikopterin göyərtəsində 20 nəfər olub. Onlardan yeddisini cəsədini sudan çıxarmaq mümkün olub. Daha 13 nəfər isə itkin düşüb.

Hazırda qəza baş verən rayonda axtarış-xilasetmə işləri davam edir.