“Sənət olmayanda bədən gedir qabağa”

“Sənət olmayanda bədən gedir qabağa”
Oxunma sayı: 1571

“Mahnılarımı oxuyanda yaxşı oxumalıdırlar. Ya gərək yaxşı oxuyasan, ya da oxumayasan. Tamaşaçı həmin ifanı eşidən kimi deyir ki, bu mahnını filankəs yaxşı oxumuşdu, bu niyə oxudu? Həmin müğənnilər mahnının səviyyəsini salırlar”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri xalq artisti Yalçın Rzazadə “Virtual həyat” verilişinə danışarkən deyib. 

Müğənni deyir ki, gənclər mahnısını oxumaq üçün mütləq icazə almalıdır:

“Mənim mahnılarımı oxuyanda mütləq məsləhət eləsinlər. Mən heç vaxt demərəm ki, oxuma! Səsinə qulaq asıb deyərəm ki, bunu ifa etmə, o biri mahnım sənə daha çox uyğun olar”.

Y. Rzazadə səsləri olmayan müğənnilərin bədənlərini önə çıxarmalarını qınayıb:

“Sənət olmayanda bədən gedir qabağa, arxada isə istedad yoxdur. Bu, Rusiyada da belədir, Türkiyədə də belədir. Sənət yoxdur, hamısı atlanır-düşür, musiqi isə burdan gəlir, burdan gedir. Mən yüzlərlə mahnı eşidirəm ki, orda musiqi yoxdur”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi