“Sənətimin 20 milyard qiyməti var”

senetimin-20-milyard-qiymeti-var-
Oxunma sayı: 2739


 “Qafqazinfo”ya açıqlama verən müğənni Elza Seyidcahan bu mövsüm toy qiymətini qaldırmayacağını bildirib:

“Mənim sənətimin dəyəri yoxdur, heç bir pulla ölçülə bilməz. Mən 10 min, 20 min deməklə sənətimin dəyərini azaldıram, hörmətdən salıram. Heç vaxt toya getdiyim qiyməti açıqlamamışam. Mənim sənətimin 20 milyard və daha çox qiyməti var. Mənim atamın, anamın toyunu Hacıbaba Hüseynov kimi sənətkar aparıb. Mən kiminsə toyunda oxuyuramsa, deməli o insan mənə və sənətimə dəyər verir. Toyuna getdiyim insanlar mənim dostum, qardaşım, vətənimin övladıdır. Heç bir zaman paltarımın, getdiyim toyun qiymətini açıqlamağı özümə rəva bilməmişəm. Yalnız konsertimdəki dəmir, kağız paltarların qiymətini demişəm. “Uğura doğru” konsertimin paltarları hazırlanır. Ən ucuzunun qiyməti 5000 manatdır”.

Könül