Səngəçalda daha bir partlayış - Fotolar+Video

Səngəçalda daha bir partlayış
Oxunma sayı: 5336

Bakının Qaradağ rayonunda növbəti dəfə qaz xəttində partlayış olub.

Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə “Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi”nin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

O bildirib ki, partlayış Səngəçal qəsəbəsində olub: "Hadisə saat 20:40-da baş verib. Qəza ötən dəfə baş verən yerə yaxın ərazidədir".

***

Hazırda sözügedən ərazidə güclü yanğının olduğu bildirilir.

***

Mirvari Qəhrəmanlı AFN-ə açıqlamasında bildirib ki, qəsəbədə yaşayan insanlar evlərini tərk ediblər: "Sakinlərdən bəziləri mənimlə əlaqə saxlayıb bildirdilər ki, qorxu içərisindədirlər. Həyatlarına hər an təhlükə var. Ümumiyyətlə, insanların orada yaşaması nə qədər doğrudur? Bu sual araşdırılmalıdır. Yəni, orada həm qaz emalı zavodu var, həm də yüksək təzyiqli qaz xətləri keçir. Yerli əhali daima narahatlıq içindədir. Qaz emalı zavodu evlərlə üzbəüzdür. Düşünürəm ki, o ərazi həm də ekoloji cəhətdən çirkli ərazidir".

M.Qəhrəmanlı yerli sakinlərə istinadən onu da bildirdi ki, ərazidə təxminən 160 ailə yaşayır.

***

Qeyd edək ki, dekabrın 27-də Səngəçalda “Qazıməmməd” qaz kəməri partlamışdı.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi