“Səngəçal”dan 152 milyon barel neft ixrac olunub

sengecaldan-152-milyon-barel-neft-ixrac-olunub
Oxunma sayı: 673


“Qafqazinfo” xəbər verir ki, “bp-Azerbaijan” şirkətindən AzərTAc-a verilən məlumata görə, hazırda terminalın texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft, “Şahdəniz” qazı üçün isə təqribən 27,4 milyon kubmetrdir. Terminalın ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 41,5 milyon kubmetr təşkil edir.

İlin ilk altı ayında terminaldan 152 milyon barel neft (o cümlədən 133 milyon barel Bakı-Tbilisi-Ceyhan, 15,4 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu, 2,6 milyon barel dəmir yolu və 0,9 milyon barel kondensat ixrac kəməri vasitəsilə) ixrac edilib. Bu müddətdə terminaldan gündə orta hesabla 26 milyon kubmetr “Şahdəniz” qazı ixrac olunub.