Şengen vizaları dəyişəcək - 20 ildən sonra ilk dəfə

sengen-vizalari-deyisecek
Oxunma sayı: 640

Abropa İttifaqı (Aİ) saxta viza verilməsinin qarşısını almaq üçün Şengen vizasının 20 ildir istifadə edilən dizaynını dəyişmək fikrindədir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Aİ-nin Ümumi İşlər Şurası təhlükəsizliyin gücləndirilməsi üçün yeni dizaynın hazırlanmasına qərar verib.

Yeni qaydanın İrlandiya və Britaniya Krallığına aid edilməyəcəyi, əgər bu ölkələrdən tələb gələrsə texniki məlumatların veriləcəyi bildirilib.

Qərarın iyulun əvvəlində rəsmi olaraq təsdiqlənməsi gözlənilir.