“Səni öpərdim, amma cəzalandırarlar...” - “Çukur”dan RTÜK-ə cavab

“Səni öpərdim, amma cəzalandırarlar...”
Oxunma sayı: 2412

Xəbər verdiyimiz kimi, Türkiyə Televiziya və Radio Şurası (RTÜK) Show TV-də yayımlanan “Çukur” serialını cəzalandırıb. Şura layihəyə öpüşmə səhnələrinin çox olması səbəbindən 260 min TL pul cəzası verib. 

“Qafqazinfo” xəbər verir ki, ssenaristlər ekran işinin yeni bölümündə  RTÜK-ə cavab verib. Ötən gün yayımlanan seriyada Səna ilə Yamaç obrazları öpüşmək istəyiblər.  Səna Yamaça “Səni öpərdim, amma cəzalandırarlar” deyib.  Bu zaman ekranlara “Diqqət, təhlükəsizliyimiz üçün xəstəxanamız kamera vasitəsi ilə izlənir” yazılan afişa göstərilir. 

Ancaq serial heyəti belə bir addım ataraq şuraya böyük bir mesaj yollayıb.  



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi