“Səni tutub sürüyərəm...”

seni-tutub-suruyerem
Oxunma sayı: 663

Adama deyərlər gətir o toyun kasetini qoy ortalığa, gör orda məni döyən olub, ya yox. Zəng etdim o yazını yazana, dedim ki, Allaha and olsun, səni tutub sürüyərəm, əlimdən alan olmaz. Tərs damarım tutdusa, əlimdən heç kim qurtarmaz”.

Publika.Az-a danışan Telli Borçalı qəzəbini gizlədə bilmədi. Dediyinə görə, Rusiya və Bakı toylarına sifarişləri artdıqca onu vurmağa çalışırlar. Aşıq xanım bunun arxasında tamadaların dayandığını da istisna etmədi. Söhbət əsnasında onu da bildirdi ki, Pünhandan və Ağalar Bayramovdan başqa tanıdığı güclü tamadalar yoxdur. Hətta tanınmış tamada Alqayıtın da adını bu sırada çəkmədi. Alqayıtdan söz düşəndə cavabı aşıqsayağı oldu:

“Qoy səni el desin, elə tərifləsin, sən özünü elə öymə sən canın.Tellini sevən adını çəkdiyiniz o adamları sevməz, o adamları da sevən Tellini”.