Səninki yenə də səndə qalacaq

seninki-yene-de-sende-qalacaq-
Oxunma sayı: 743



Bakı Slavyan Universitetində çalışan yazarlar onu geridə qoyduğu uğurlu illər münasibətilə müəllifi olduğu bir şeirlə təbrik edir.

SƏNİNKİ YENƏ DƏ SƏNDƏ QALACAQ

Bir az günəşindən işıq ver mənə,
Səninki yenə də səndə qalacaq.
Yıxılsam, əlimdən tut,
Səninki səndə qalacaq.

Kimdən nə kəsmisən, səndə qalacaq,
Məhəbbət, səadət, gözəllik, vüqar.
Səndən heç bir hesab almayacaqlar,
Səninki yenə də səndə qalacaq.

Düz yollar haracan uzanasıdı?...
Tutmayacaqlar ki, düzü-dünyanı.
Gec ya tez bu çevrə qapanasıdı,
Sonu çatacaqdır komediyanın.

Səninki yenə də səndə qalacaq,
Qəlbində qalacaq demədiklərin,
Ürəkdən ağlayıb gülmədiklərin,
Hamısı, hamısı səndə qalacaq.

Səndən uzaqlarda – bilmədiklərin,
Səndən uzaqlarda – quru bir kədər.
Bir-iki göz yaşı – silmədiklərin,
Fərəhli, sevincli günlər, günlər...

Səndən uzaqlarda günəş çıxacaq,
Səndən uzaqlarda yağış yağacaq.
Səndən uzaqlarda Qadın doğacaq
Ağrılı-əzablı yenə də Səni.