Şenol Günəş Türkiyə yığmasına qayıdacaq

Şenol Günəş Türkiyə yığmasına qayıdacaq
Oxunma sayı: 538

Mirça Luçesku ilə yolları ayırdıqdan sonra Türkiyə Futbol Federasiyası millini müvəqqəti olaraq Tayfur Havutçuya tapşırıb. “Qafqazinfo” xəbər verir ki, 48 yaşlı mütəxəssis yığmanı AÇ-2020-nin seçmə mərhələsində Albaniya və Moldova milliləriylə görüşə çıxaracaq.

Federasiya ilə anlaşan Şenol Günəşin "Beşiktaş"la müqaviləsi mayın 31-də başa çatacaq. 66 yaşlı mütəxəssis iyunun 1-də Türkiyə millisində fəaliyyətə başlayacaq. Təcrübəli mütəxəssis yığmanı iyunun 8-də Fransa ilə görüşə çıxaracaq.
 
Şenol Günəş daha öncə 2000-2004-cü illərdə Türkiyə millisini çalışdırıb. O, "ay-ulduzlular"a 2002-ci ildə dünya çempionatının bürünc mükafatını qazandırmışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi