Şenol Günəşin başı yarıldı - Derbi yarımçıq qaldı + Video

senol-gunesin-basi-yarildi
Oxunma sayı: 6952

Bu gün Türkiyə kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən matçında “Fənərbağça” - “Beşiktaş” oyunu yarımçıq dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, oyun 0-0 davam edərkən 57-ci dəqiqədə stadionda ara qarışıb.

Belə ki, “Beşitkaş”ın qapıçısı Tolqa Zənginlə “Fənərbağça” azarkeşləri arasında münaqişə düşüb. Onları sakitləşdirmək üçün “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş tribunalar qarşısına gəlib. Özündən çıxan fənərbağçalı fanatlar Ş.Günəşin başına yad cisim atıblar.

Bir anda yerə yıxılan məşqçi bir neçə saniyə sonra yerindən qalxaraq oradan uzaqlaşıb. Məlumata görə, Ş.Günəşin başına tikiş atılıb və xəstəxanaya aparılıb.

Matçın baş hakimi Mete Kalkavan isə oyunu yarımçıq dayandırıb.

Paltardəyişmə otağına yollanan iki klubun futbolçuları isə dəhlizdə əlbəyaxa davam ediblər. Onları polislər çətinliklə ayırıb.

Qeyd edək ki, bu iki komanda arasında baş tutan ilk görüş 2:2 hesabı ilə bitmişdi.

***

Polislər meydançaya yad cisim atan 15 nəfəri saxlayıb. Onların arasında Ş.Günəşin başını yaran şəxs də var.