Separatçılar seçkinin vaxtını təyin etdilər

separatcilar-seckinin-vaxtini-teyin-etdiler
Oxunma sayı: 652

“Media forum” saytı xəbər verir ki, qərar martın 29-da “respublika parlamenti”nin plenar iclasında qəbul edilib.
“Media forum” saytı bildirir ki, bu, separatçı rejimin qurulduğu Dağlıq Qarabağda “prezident seçkisi” adı altında keçirilən 5-ci seçki tamaşasıdır. İndiyədək Dağlıq Qarabağda 5 “parlament seçkisi”, 4 “bələdiyyə seçkisi” şousu da olub. Separatçılar 2 dəfə “referendum” adı ilə səsvermə də təşkil ediblər. Rəsmi Bakı, dünya dövlətləri, beynəlxalq təşkilatlar Dağlıq Qarabağda seçki adına keçirilmiş aksiyaları tanımır.

Erməni separatçılarının işğal etdiyi Dağlıq Qarabağ bölgəsində son prezident seçkisi 2007-ci ildə keçirilib. Həmin seçkidə Bako Saakyan qalib gəlib.