Sərbəst güləş yığmamız Avropa ikincisi oldu - Güləşçilərimizdən 18 medal

serbest-gules-yigmamiz-avropa-ikincisi-oldu
Oxunma sayı: 2294

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, sərbəst güləş üzrə yığma komandamız çempionatı 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub.

Qızıl medalları yığmamıza Georgi Edişeraşvili (57 kq) və Hacı Əliyev (65 kq) qazandırıb. Aleksandr Qostiyev (86 kq) və Şərif Şərifov (92 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Murtuz Müslümov (70 kq), Cəbrayıl Həsənov (79 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) qazandırıb.

Bu nəticə ilə yığmamız komanda hesabında 160 xal toplayaraq Avropa ikincisi olub. Rusiya 204 xalla birinci, Türkiyə 125 xalla üçüncü olub.

Qeyd edək ki, yunan-Roma güləşi Yığma komandamız çempionatı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.

Qadın güləşi üzrə yığma komandamız isə 1 qızıl, 1 gümüş və 3 bürünc medalla Avropa çempionatını dördüncü sırada tamamlayıb.

Güləşçilərimiz ümumilikdə 18 medal (4 qızıl, 5 gümüş və 9 bürünc) qazanıblar.