Serbiya mundiala qələbə ilə başladı - Fotolar + Video

serbiya-mundiala-qelebe-ile-basladi
Oxunma sayı: 2498

Rusiyada keçirilən dünya çempionatının 4-cü gününün ilk matçı başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, E qrupunda yer alan Serbiya və Kosta-Rika milliləri arasında keçirilən görüşün taleyini 1 qol həll edib.

56-cı dəqiqədə Aleksandr Kolarovun cərimə zərbəsindən vurduğu möhtəşəm qol Serbiyaya 3 xal qazandırıb.

Qeyd edək ki, qrupun digər matçı 22:00-da Braziliya və İsveçrə arasında baş tutacaq.