Serbiya tarixinin ən dağıdıcı daşqınıyla üzləşib- - Foto

serbiya-tarixinin-en-dagidici-dasqiniyla-uzlesib-
Oxunma sayı: 1204


“Qafqazinfo” xəbər verir ki, daşqın regionda başlayan leysan yağışlar nəticəsində başlayıb. Bu yağışlar çayların məcrasından çıxmasına, böyük ərazilərin, o cümlədən şəhər və kəndlərin suyun altında qalmasına səbəb olub. Hazırda yağışlar kəsib, lakin daşan çaylar və sürüşmələr hələ də əhali üçün ciddi təhlükə yaratmaqdadır. Meteoroloqlar leysan olacağını qabaqcadan proqnozlaşdırmışdılar, lakin yağışların intensivliyi, uzun sürməsi və nəticələri insanları şoka salıb.

Dağıdıcı daşqınlar Serbiyada, Bosniya və Herseqovinada onlarca adamın həyatına son qoyub. Serbiyanın Tanyuq informasiya agentliyinin verdiyi xəbərə görə, Serbiyada 25 min nəfərdən çox adam yaşadığı yerlərdən köçürülüb. Serbiyanın baş naziri Aleksandr Vuçiç deyib ki, bu, “ölkənin tarixində baş vermiş ən böyük daşqındır”.

Serbiyanın hər yerində fövqəladə vəziyyət rejimi elan edilib. Ölkə hökuməti cümə axşamı dünya birliyindən humanitar və texniki yardım istəyib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə mayın 19-da Fövqəladə Hallar Nazirliyi tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportundan Serbiyaya humanitar yardım, o cümlədən texniki avadanlıq, 12 motorlu qayıq, 260 çadır, 1500 ədyal, 20 su nasosu yola salınıb.