Serbiyada təyyarə qəzası - Ölənlər var

Serbiyada təyyarə qəzası
Oxunma sayı: 736

Serbiyanın paytaxtı Belqraddakı Zemun Polye İdman Hava Limanı yaxınlığında təyyarə qəzası baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yerli vaxtla 19:20 radələrində yüngülmühərrikli kiçik təyyarə yerə çırpılıb.

Serbiya Daxili İşlər Nazirliyi qəzada 2 nəfərin öldüyünü açıqlayıb. Onlardan biri qadın, biri isə kişidir.

Hazırda hadisənin səbəbi araşdırılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi