Serbiyadan Qəddafiyə dəstək

serbiyadan-qeddafiye-destek
Oxunma sayı: 766

“Qafqazinfo”nun məlumatına görə, hücum nəticəsində 19 nəfər ölüb, 150 nəfər yaralanıb. Hökumət sözçüsü İbrahim Musa isə NATO-nun orduya dəstək verən ehtiyat hissələrinin yerləşdiyi əraziyə də 12-18 dəfə aviazərbələr təşkil olunduğunu söyləyib.

NATO-un aviazərbələri ilə təqib edilən Liviya lideri Müammar Qəddafi isə Serbiyada siyasi sığınacaq tapa bilər. Rusiya mətbuatının yaydığı xəbərdə bildirilib ki, Belqrad Liviya liderinə siyasi sığınacaq vermək təşəbbüs ilə çıxış edib. Hazırda Böyük Britaniyada gizlənən Qəddafinin kəşfiyyatçısı, keçmiş xarici işlər naziri Musa Kusa Britaniya, ABŞ, Almaniya və Fransadan tapşırıq alıb. O, Liviyadan yola düşməzdən əvvəl Qəddafinin ailəsinin toxunulmazlığına söz verib və ona Qəddafinin oğlu Seyfülislama bu barədə müraciət etmək tapşırılıb.

Nərgiz Ehlamqızı