Serbiyalı gözəl “Neftçi”dən nə istəyir?

serbiyali-gozel-neftciden-ne-isteyir
Oxunma sayı: 640

Sportal.az xəbər verir ki, gözəlliyi və cazibədarlığı ilə çoxlarını heyran edən Snejana Filipoviç Serbiya klubunun marketinq direktoru vəzifəsinə təyin olunub.

Filipoviç yeni vəzifəsində verdiyi açıqlamada komandasının uğuru üçün əlindən gələni edəcəyini deyib: “Mən idmançı ailəsində doğulmuşam. Atam futbol azarkeşi olub. Qardaşım da futbolçu olub. Gözümü açandan evdə mənim üçün 3 açar söz olub: “Partizan”, “Partizan” və “Partizan”. Odur ki, doğma klubumda çalışacağım üçün xoşbəxtəm. Hədəfimiz Avropa Liqasında ölkəmizi layiqincə təmsil etməkdi. Rəqiblərimiz güclüdür və bizi çətin oyunlar gözləyir. Ancaq mən öz komandamıza inanıram”.

Xanım direktor “Neftçi” ilə keçirəcəkləri oyuna da toxunub: “Beynəlxalq arenada ilk oyunum “Neftçi”yə qarşı olacaq. Çox istəyirəm ki, bu oyunu qələbə ilə başa vuraq. Bu, yeni idman postumda mənə ən böyük hədiyyə olardı. Odur ki, “Neftçi”ni məğlub etsək, ikiqat sevinəcəm”.
Filipoviç özü keçmiş voleybolçu olub.