Sercio Mattarellanın Bakıda rəsmi qarşılanma mərasimi oldu

sercio-mattarellanin-bakida-resmi-qarsilanma-merasimi-oldu
Oxunma sayı: 1734

Azərbaycanda səfərdə gələn İtaliya prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Sercio Mattarellanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İtaliya prezidentinə raport verib. Sercio Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan dövlət və hökumət nümayəndələri Prezident Sercio Mattarellaya, İtaliya nümayəndə heyətinin üzvləri İlham Əliyevə təqdim olunub.

Azərbaycan və İtaliya prezidentləri rəsmi foto çəkdiriblər.