Sərdar Ortac Manafın mahnısını paylaşdı

serdar-ortac-manafin-mahnisini-paylasdi
Oxunma sayı: 898

Türkiyənin tanınmış müğənnisi Sərdar Ortac “İnstagram” səhifəsində müğənni Manaf Ağayevin “Ana” adlı ifasını paylaşıb. 

“Qafqazinfo” xəbər verir ki, ifaçının bu jestinə M.Ağayev də biganə qalmayıb. O sosial şəbəkədəki səhifəsində türkiyəli müğənniyə bu cür cavab verib: “Bir çoxları bizim oxuduğumuz Azərbaycan musiqilərinə ağız büzür. Amma Türkiyənin tanınmış müğənniləri bizim mahnıları sevərək oxuyub, paylaşırlar. Bu nə ilk, nə də sondur. Sərdar Ortacın paylaşımı da xoş oldu. Yaşasın Azərbaycan musiqisi”.

Qeyd edək ki, S.Ortac M.Ağayevlə yanaşı əməkdar artist Baloğlan Əşrəfovun ifasını da öz səhifəsinə yükləyib.