Sərdar Ortaçın vəziyyəti pisləşib

serdar-ortacin-veziyyeti-pislesib
Oxunma sayı: 2454


“Qafqazinfo” ANS-ə istinadən xəbər verir ki, bir müddətdir şiddətli əzələ ağrılarından şikayət edən ifaçı xəstəxanaya üz tutub. 

Ağrılar ucbatından sənətini arxa plana qoyaraq lazımı yoxlamalardan keçən Sərdar həkimə müraciət edib. İfaçıya “MS” (mərkəzi sinir sistemi xəstəliyi) diaqnozu qoyulub və o, lazımi müalicəyə başlayıb. Sərdar sevənləri üzəcək xəbəri təsdiqləyən müğənni bu barədə şəxsi Twitter səhifəsində yazıb və video yükləyərək pərəstişkarlarını məyus edib. 

Qeyd edək ki, ötən günlərdə həyat yoldaşı Xloe ilə Nişantaşında gəzintiyə çıxan Sərdarın yeriməkdə əziyyət çəkdiyi gözdən yayınmayıb. İfaçının xoş olmayan əhvalı və nahar zamanı dayanmadan, dalbadal siqaret çəkməsi jurnalistlərdə maraq oyadıb.